Cəmiyyət

Bakının bu rayonlarında qaz olmayacaq

11 Aug 2026, 21:06 1 baxış
Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bu barədə Axar.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Qeyd olunub ki, saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər