Ermənistan və İran TRİPP-lə bağlı razılaşdı
Ermənistan və İran arasında TRİPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq.
“Ermənistan və İran arasında TRİPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub və hesab etmirəm ki, İran-Amerika münasibətlərindəki gərginlik bu proqramın həyata keçirilməsinə təsir göstərə bilər. Dəmir yolu məsələsi gündəmdədir. Hazırda onun yerləşəcəyi ərazi və məqsədəuyğunluğu öyrənilir. Yoxlamalar başa çatdıqdan sonra tikinti işlərinə başlanacaq. Mən siyasi maneə görmürəm”, – Xandanyan qeyd edib.
Deputat əlavə edib ki, İrəvan Vaşinqton və Tehran arasında mümkün qədər tez sülh əldə olunacağına ümid edir.