İqtisadiyyat
Ötən il sosial şəbəkələrdəki fəaliyyətdən nə qədər vergi yığılıb?
2025-ci il ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250.5 min manat vergilər hesablanıb. Oxu.Az bu barədə Dövlət Vergi Xidməti (DVX) 2025-ci il üzrə illik hesabatına istinadən xəbər verir. Qeyd olunur ki, DVX-nin İnternet Vergi İdarəsində elektron ticarəti həyata keçirən 7 qeyri-rezident ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15.5 mln. manat təşkil edib.
Mənbə
oxu.az