Digər

ABŞ və Polşa birgə silah istehsal edəcək

11 Aug 2026, 16:18 6 baxış
ABŞ və Polşa birgə silah istehsal edəcək

ABŞ və Polşa arasında hərbi texnika və silahların birgə istehsalı ilə bağlı danışıqlar aparılır.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, ABŞ Polşada hərbi texnikanın birgə istehsalını təşkil etmək üçün ölkənin müdafiə rəhbərliyi ilə fəal şəkildə çalışır.


Bundan başqa, Varşava ABŞ-ın Kiyevə istehsal lisenziyası verməsi şərtilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin də Polşada istehsalını təklif edib.

Mənbə axar.az

Oxşar Xəbərlər