Digər
Bu türk ölkəsi Rusiya ilə hərbi təlimlərə başladı
Avqustun 11-dən Qırğızıstan və Rusiya hərbçilərinin iştirakı ilə birgə taktiki təlimlər başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlər İssık-Kul gölünün sahilində yerləşən Balıqçı şəhərində keçirilir.
Bildirilib ki, təlimlərə 500-dək hərbçi, 100-dək silah və hərbi texnika, FPV-dronlar, həmçinin ordu aviasiyası cəlb olunub. Birgə taktiki təlimlər iki ölkənin Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində avqustun 17-dək davam edəcək.
Mənbə
axar.az