Digər
Niderlandda nəhəng sənaye zonasında yanğın baş verdi - Video
Niderlandın Flevoland əyalətindəki Lilistad şəhəri yaxınlığında sənaye zonasında böyük yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə yerli “Omroep Flevoland” məlumat yayıb.
Məlumata görə, yanğının baş verdiyi bina bir neçə şirkət tərəfindən icarəyə götürülüb. Burada avtomobillər, minlərlə yük paletləri və qaz balonları saxlanılır.
Yanğınla mübarizə aparmaq üçün qonşu Utrext və Gelderland əyalətlərindən yanğınsöndürmə briqadaları cəlb edilib və təyyarələrdən istifadə olunur.
Mənbə
axar.az