İqtisadiyyat

Dövlət Vergi Xidməti bir milyon manatlıq tender elan etdi

11 Aug 2026, 15:24 5 baxış
Dövlət Vergi Xidməti bir milyon manatlıq tender elan etdi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti proqram təminatının alınması və təkmilləşdirilməsi ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 112 min manat təşkil edir. Tender çərçivəsində Dövlət Vergi Xidmətinin korporativ administrator veb-interfeysi, o cümlədən proqram təminatının alınması və təkmilləşdirilməsi nəzərdə tutulur. Sənədlərə əsasən, həmçinin Dövlət Vergi Xidmətinə daxil olan müraciətlərin "AKTUM" vasitəsilə avtomatik emalı üçün inteqrasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər