İqtisadiyyat

"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək

11 Aug 2026, 10:16 7 baxış
"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək
"Azərenerji" ASC mövcud 1C proqram təminatının yenilənməsi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 2 milyon 157 min manat təşkil edib. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində 1C:ERP müəssisənin idarə edilməsi sistemi, 1C:Müəssisə 8.3 server lisenziyası, 1C:Müəssisə 8 istifadəçi lisenziyaları və İTS PROF texniki dəstək paketinin alınması nəzərdə tutulur. Bundan əlavə, server verilənlər bazasının quraşdırılması və sazlanması, eləcə də verilənlər bazasının qurulması və saxlanması xidmətlərinin göstərilməsi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər