İqtisadiyyat

Neftin qiyməti artdı

11 Aug 2026, 10:32 7 baxış
Neftin qiyməti artdı
Londonun "ICE" birjasında "Brent" markalı neft füçerslərinin qiyməti oktyabr ayında çatdırılma ilə iyulun 31-dən bəri ilk dəfə bir barel üçün 88 dolları ötüb. Oxu.Az-ın xəbərinə görə, bunu ticarət məlumatları göstərir. Bakı vaxtı ilə saat 05:42-yə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 0.41% artaraq, barel üçün 88.08 dollar təşkil edib. Saat 05:47-də "Brent" neftinin qiyməti artımını ləngidərək, bir barel üçün 88.01 dollara (plus 0.32%) düşüb. Eyni zamanda "WTI" markalı neft füçerslərinin qiyməti sentyabr ayında çatdırılma ilə 0.43% artaraq, bir barel üçün 82.48 dollar olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər