Digər
Pxenyan təkcə Moskvanı silahla təmin etmir, həm də...
Şimali Koreya Rusiyanın silahla təchizatını davam edir və müharibədə qazanılan təcrübə rəsmi Pxenyana raket qabiliyyətlərini artırmağa imkan verə bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
Zelenskinin sözlərinə görə, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq genişlənir. Rəsmi Pxenyan təkcə Moskvanı silahla təmin etmir, həm də Ukraynaya qarşı müharibədəki təcrübə sayəsində hərbi sahədə inkişafını təkmilləşdirmək imkanı qazanır.
"Təsəvvür edin, Rusiya Şimali Koreyadan əlavə ballistik raketlər alıb. Dünyanın hər yerində bunun nə demək olduğunu başa düşməlidirlər", - Zelenski qeyd edib.
Mənbə
axar.az