Digər
Ukrayna qırıcısı Odessada qəzaya uğradı
Ukraynaya məxsus MiQ-29 hərbi təyyarəsi Odessa vilayətində qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumat görə, pilot katapult etməyi bacarıb:
"Bu gün axşam saatlarında Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi döyüş tapşırığını yerinə yetirərkən radarlardan yoxa çıxıb. Pilot Odessa bölgəsində düşmən hava hədəflərini məhv etmək üçün döyüş tapşırığını yerinə yetirirdi".
Mənbə
axar.az