Digər
Bu, Orta Dəhlizin inkişafına töhfə verə bilər - Ərdoğan
Ankara və Vyananın strateji əməkdaşlığı Orta Dəhlizin inkişafına töhfə verə bilər.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avstriyanın federal kansleri Kristian Ştokerlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında dialoq Türkiyənin Avropa Birliyi ilə əlaqələrinin dərinləşməsinə də kömək edir:
“Avropa Birliyinin Gömrük İttifaqının yenilənməsi və Türkiyə ilə vizasız rejimin sadələşdirilməsi istiqamətində atacağı addımlar bütün tərəflərin maraqlarına cavab verə bilər”.
Mənbə
axar.az