Digər

Tatarıstana zərbə nəticəsində 7 özbək həlak olub

10 Aug 2026, 17:10 6 baxış
Tatarıstana zərbə nəticəsində 7 özbək həlak olub

Tatarıstan Respublikasının (Rusiya) Nijnekamsk şəhərindəki bir sıra obyektlərə pilotsuz uçuş aparatları ilə (PUA) zərbələr nəticəsində Özbəkistanın 7 vətəndaşı ölüb.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Kazandakı Baş Konsulluğu məlumat yayıb.


Konsulluqdan bildirilib ki, vəziyyət nəzarətə götürülüb və baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq üçün yerli səlahiyyətli orqanlar və istintaq strukturları ilə zəruri əlaqələr qurulub.


Məhkəmə-tibbi ekspertizası və zəruri rəsmi prosedurlar başa çatdıqdan sonra ölən vətəndaşların meyitlərinin vətənə çatdırılması planlaşdırılır.


Tatarıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, baş vermiş hadisə nəticəsində 13 nəfər ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər