İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 12%-dən çox artdı

10 Aug 2026, 15:55 2 baxış
Azərbaycanın strateji valyuta ehtiyatları 12%-dən çox artdı

Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib.


Axar.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki,bu, ötən il avqustun 1-nə nisbətən 12,2% çoxdur.


İyulda ölkənin strateji valyuta ehtiyatları 1 milyard 46 milyon ABŞ dolları artıb.


2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

Mənbə axar.az

Oxşar Xəbərlər