Digər
Çində tayfun: Bir milyondan çox sakin təxliyə edildi
Çində güclü tayfun həyatı iflic edib.
Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Bildirilib ki, bu, "Delfin" tayfunudur.
Tayfun 1000-dən çox reysin ləğvinə, bir milyon insanın təxliyəsinə və ən yüksək səviyyədə fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.
Hakimiyyət orqanları Vençjouda 900 mindən çox sakini təxliyə edib və 1000-dən çox müvəqqəti sığınacaq açıb. Bundan əlavə, Şanxayın iki əsas hava limanında təxminən 1400, Hançjou hava limanında isə 270 uçuş ləğv edilib.
Mənbə
axar.az