Piramidalar çökə bilər - Şok xəbərdarlıq
Davam edən silahlı münaqişə Sudanda YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş qədim Meroe şəhərinin piramidalarının qorunub saxlanılmasını təhlükə altına qoyub.
Axar.az xəbər verir ki, bu barədə "Afrikanyus" məlumat yayıb.
Məlumata görə, Xartumdan təxminən 200 km şimalda yerləşən abidələrin qorunması üzrə işlər tamamilə dayandırılıb:
"Xarici elmi missiyalar fəaliyyətlərini dayandırıb, çoxlu sayda arxeoloq mütəxəssis isə ölkəni tərk edib. Abidəni fəlakət təhlükəsi gözləyir, bəzi tikililər isə çökə bilər. Təhlükə piramidaların ətrafında yığılan qum, bitkilərin artması və kövrək daşı, eləcə də qədim yazıları dağıdan duzdan qaynaqlanır".
Qeyd edək ki, Meroe kompleksi e.ə. VIII əsrdən eramızın IV əsrinədək Kuş krallığının hökmdarlarının məzarları kimi tikilmiş 200-dən çox piramidanı əhatə edir.