Digər
Pakistanda 15 terrorçu zərərsizləşdirildi
Pakistanın təhlükəsizlik qüvvələri müxtəlif rayonlarda keçirilən bir neçə əməliyyat zamanı 15 terrorçunu zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə "Pakistan TV" məlumat yayıb.
Məlumata görə, Mastunq, Bolan, Vaşuk, Avaran, Sibi, Xuzdar, Harnai və Nuşkidə kəşfiyyat əməliyyatları zamanı çoxlu sayda silah və sursat da ələ keçirilib.
Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərində son əməliyyatlar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda keçirilir.
Mənbə
axar.az