Digər

Husilər limanı vurdular: xeyli sayda ölü və yaralı var

09 Aug 2026, 15:09 2 baxış
Husilər limanı vurdular: xeyli sayda ölü və yaralı var

Husilər Yəmənin Moha limanı yaxınlığındakı Səudiyyə Ərəbistanının hərbi qüvvələrinə və silah anbarlarına ballistik raket və pilotsuz təyyarə ilə hücum ediblər.


Axar.az xəbər verir ki, bunu Husi üsyançılarının sözçüsü Yəhya Səriyə deyib.


Onun sözlərinə görə, zərbə dəqiq olub və avadanlıq və silahlara ciddi ziyan vurulub, eləcə də Səudiyyə Ərəbistanı hərbçiləri də daxil olmaqla onlarla insan ölüb və ya yaralanıb.


Bildirilib ki, hücum üçün xeyli sayda ballistik raket və PUA-lardan istifadə edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər