Digər

ABŞ-a kömək edənlər hədəfə çevriləcək - Nikzad

09 Aug 2026, 14:04 12 baxış
ABŞ-a kömək edənlər hədəfə çevriləcək - Nikzad

İrana hücum üçün ABŞ-a kömək edən hər bir ölkə raketlərin hədəfi olacaq.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.


"İranın Hörmüz boğazı üzərindəki suverenliyinin pozulması qəbuledilməzdir", - o bildirib və hazırda ABŞ-la danışıqların aparılmadığını xatırladıb.


Ə. Nikzadın sözlərinə görə, beynəlxalq təsisatlarda İsrail və ABŞ-ın maraqlarına yönəlmiş qətnamələr sülhə yox, müharibəni alovlandırmağa xidmət edir:


"Silahlı Qüvvələr İrana hücum etmək üçün regiondan sui-istifadə edilməsinə icazə verməyəcək".

Mənbə axar.az

Oxşar Xəbərlər