Digər

Almaniyada UNO ilə bağlı rekord artım: 14 min məlumat...

09 Aug 2026, 14:40 2 baxış
Almaniyada UNO ilə bağlı rekord artım: 14 min məlumat...

Almaniyada uçan naməlum obyektlərlə (UNO) bağlı xəbərlərdə rekord artım müşahidə olunub.


Axar.az xəbər verir ki, bunu Qeyri-adi Səma Hadisələri üzrə Mərkəzi Araşdırma Şəbəkəsinin direktoru Hansyurgen Keler deyib.


“Gündə üç-altı məlumat alırıq. Mübaliğsiz deyə bilərik ki, UNO-lar barədə məlumat alan ən işlək xidmətik”, - Keler bildirib.


Onun sözlərinə görə, şəbəkə tərəfindən Almaniya ilə bağlı araşdırılan UNO hallarının ümumi sayı 14 minə çatıb:


“Əksər hallarda sakinlər Yer kürəsindəki avadanlıqları və ya təbii hadisələri yadplanetli kosmik gəmilərlə səhv salırlar. Ən çox panika mənbələri təyyarələr, peyklər, meteorlar və kommersiya əyləncə proqramlarındakı lazer şüalarıdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər