İqtisadiyyat

KİV: Günəş tutulması Avropada elektrik enerjisi çatışmazlığını dərinləşdirə bilər

09 Aug 2026, 09:00 2 baxış
KİV: Günəş tutulması Avropada elektrik enerjisi çatışmazlığını dərinləşdirə bilər
Gələn həftə baş verəcək günəş tutulması Avropada enerji sisteminə düşən yükü artıra və elektrik enerjisi çatışmazlığını daha da dərinləşdirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. "Vəziyyət kifayət qədər ağırdır və görünür, Avropa buna hazır deyil", - deyə materialda bildirilib. Avqustun 12-də İspaniyanın şimalı və Portuqaliyanın şimal-şərqi üzərində tam Günəş tutulması müşahidə olunacaq. Böyük Britaniya, Fransa və İtaliyanın şimalındakı bəzi ərazilərdə isə Ay Günəş diskinin 90 faizindən çoxunu örtəcək. İspaniyanın "Red Eléctrica" operatorunun hesablamalarına görə, ölkədə günəş enerjisi istehsalı maksimum 5 GVt azala bilər. Fransanın RTE şirkəti və Avropa Enerji Sistemləri Operatorları Şəbəkəsi (ENTSO-E) tutulmanın maksimal mərhələsində Avropada enerji istehsalının 9.7 GVt azalacağını gözləyir. Qeyd olunur ki, 2026-cı ilin iyun ayının sonunda anomal istilər ilk növbədə Fransa və İspaniya olmaqla, İtaliya, Böyük Britaniya və Almaniyanı da əhatə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər