Digər

Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu

08 Aug 2026, 12:00 2 baxış
Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu
Avqustun 2-də "Sea Breeze Yacht Club"da keçirilən möhtəşəm tədbir ilə "Porsche"nin yeni tam elektrikli "Cayenne" model xətti Azərbaycanda təqdim edilib. "Porsche" həvəskarlarını bir araya gətirən xüsusi təqdimat günündə qonaqlar yeni nəslin dizaynı, texnologiyaları və performans imkanları ilə yaxından tanış olublar. Tədbirin açılışında "Əfəndilər Qrup"un icraçı direktoru Amal Əlili qonaqları salamlayaraq şirkətin Azərbaycanda elektromobilliyin inkişafındakı rolundan danışıb. O, "Əfəndilər Qrup"un Azərbaycanda ilk tam elektrikli avtomobillərin satışını həyata keçirən rəsmi idxalçı olduğunu vurğulayıb və bu istiqamətdə əldə edilən təcrübənin qrupun gələcəyə baxışında mühüm yer tutduğunu qeyd edib. Yeni "Cayenne Electric"in təqdimat anı isə Azərbaycanda ilk dəfə həyata keçirilən qeyri-adi konsepsiya ilə yadda qalıb. Suyun üzərində xüsusi platformada yerləşdirilmiş "Cayenne Electric" sudan çıxan dalğıclar tərəfindən üzəri açılaraq təqdim edilib. Səhnələşdirilmiş təqdimat modelin özünəməxsus xarakterini əks etdirərək gecənin ən yaddaqalan anlarından birinə çevrilib. "Porsche"nin ən güclü seriya modeli - SUV kuzovunda Yeni "Cayenne Electric" Azərbaycanda iki fərqli kuzov seçimi - "Cayenne" və "Cayenne Coupé" ilə təqdim olunub. Beləliklə, model "Cayenne"in gündəlik funksionallığını qorumaqla yanaşı, daha dinamik dizayna üstünlük verənlər üçün "Coupé" alternativini də təklif edir. Yeni modelin ən diqqətçəkən tərəfi isə onun performansıdır. Model xəttinin zirvəsində dayanan "Cayenne Turbo Electric" 1 156 at gücünədək güc hasil edir və 0-dan 100 km/saat sürətə cəmi 2.5 saniyəyə çatır. Bu göstərici ilə "Cayenne Turbo Electric", SUV kuzovuna baxmayaraq, "Porsche"nin indiyədək istehsal etdiyi ən güclü seriya avtomobili statusunu daşıyır. Beləliklə, yeni "Cayenne Electric Porsche" üçün sadəcə, mövcud SUV modelinin elektrik versiyası deyil. O, superkar səviyyəsində sürətlənməni, SUV funksionallığını, offroad imkanlarını və yeni nəsil elektrik texnologiyalarını bir avtomobildə birləşdirərək "Cayenne" model ailəsinin tarixində yeni mərhələnin başlanğıcını qoyur. Yeni "Porsche Cayenne Electric", eləcə də "Porsche"nin digər elektromobilləri ilə yaxından tanış olmaq və modellər haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Porsche" Bakı Mərkəzinə yaxınlaşa bilərlər.
{{gallery}}
Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu Yeni "Porsche Cayenne Electric" Azərbaycanda təqdim olundu
Mənbə oxu.az

Oxşar Xəbərlər