Digər

"Terrorsuz Türkiyə"yə dair qanun layihəsi təsdiqləndi

08 Aug 2026, 11:04 1 baxış
"Terrorsuz Türkiyə"yə dair qanun layihəsi təsdiqləndi

"Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanan “Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi” haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət Komitəsi tərəfindən qəbul edilib.


Axar.az xəbər verir ki, bu barədə MHP-nin sədr müavini Feti Yıldız məlumat yayıb.


O bildirib ki, qanun layihəsi 12 maddədən ibarətdir.


Sözügedən qanun layihəsinin terrorla mübarizədən sosial inteqrasiyaya qədər geniş bir spektrdə hüquqi təminatlar və tətbiq əsaslarını ehtiva etməsi gözlənilir.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "mənzilə çatmaq üzrəyik" mesajı ilə işarə etdiyi prosesin ən önəmli hissəsini təşkil edən bu tənzimləmə ilə terrorun Türkiyə gündəmindən tamamilə çıxarılması hədəflənir.

Mənbə axar.az

Oxşar Xəbərlər