Siyasət

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

08 Aug 2026, 10:20 2 baxış
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Oxu.Az xəbər verir ki, 15 vaqondan ibarət, çəkisi 1 049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür 8 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər