Siyasət

2025-ci il 8 avqust mesajı: Azərbaycan müharibədən sonrakı reallıqları regional əməkdaşlıq modelinə çevirir

08 Aug 2026, 09:00 2 baxış
2025-ci il 8 avqust mesajı: Azərbaycan müharibədən sonrakı reallıqları regional əməkdaşlıq modelinə çevirir
"8 avqust 2025-ci il Azərbaycan tarixinin və bütövlükdə Cənubi Qafqazın siyasi tarixinin ən mühüm günlərindən biri kimi yadda qaldı". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünün birilliyini, həmçinin ondan sonra əldə edilən uğurları şərh edərkən deyib. O bildirib ki, Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri çərçivəsində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, eləcə də iki ölkə liderinin Birgə Bəyannamə imzalaması uzun illər davam edən münaqişənin siyasi-hüquqi müstəvidə yekunlaşması istiqamətində mühüm mərhələ oldu:
"Bu sənədlər artıq regionda yeni reallıqların formalaşdığını, Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq və davamlı sülh məkanı kimi inkişaf etdirilməsi üçün ciddi imkanların yarandığını göstərdi. Vaşinqton görüşünün əhəmiyyəti yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Həmin səfər zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Eyni zamanda, regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, o cümlədən TRIPP layihəsi ilə bağlı razılaşmalar Cənubi Qafqazın iqtisadi potensialının genişlənməsi baxımından mühüm perspektivlər açdı. Bu tarixi proses Azərbaycanın uzun illər apardığı məqsədyönlü və prinsipial diplomatiyasının nəticəsi kimi qiymətləndirilməlidir". Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqları siyasi müstəvidə də möhkəmləndirdi və sülh gündəliyinin əsas təşəbbüskarlarından birinə çevrildi:
"Vaşinqtonda əldə olunan nəticələr göstərdi ki, Azərbaycanın irəli sürdüyü suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlı hörmət prinsipləri üzərində qurulan yanaşma regionda davamlı sülh üçün ən real əsasdır. 8 avqustun əsas tarixi mesajı ondan ibarətdir ki, Azərbaycan artıq yalnız müharibədən sonrakı reallıqları qoruyan deyil, həmin reallıqları yeni regional əməkdaşlıq modelinə çevirən fəal dövlətdir. Bu baxımdan Vaşinqton görüşü keçmiş münaqişənin səhifəsinin bağlanması ilə yanaşı, Azərbaycan üçün yeni geosiyasi, iqtisadi və diplomatik imkanların başlanğıcıdır. İndi əsas məsələ əldə olunmuş razılaşmaların davamlı şəkildə həyata keçirilməsi, regionda kommunikasiyaların açılması və sülhün real əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsidir".
2025-ci il 8 avqust mesajı: Azərbaycan müharibədən sonrakı reallıqları regional əməkdaşlıq modelinə çevirir 2025-ci il 8 avqust mesajı: Azərbaycan müharibədən sonrakı reallıqları regional əməkdaşlıq modelinə çevirir 2025-ci il 8 avqust mesajı: Azərbaycan müharibədən sonrakı reallıqları regional əməkdaşlıq modelinə çevirir 2025-ci il 8 avqust mesajı: Azərbaycan müharibədən sonrakı reallıqları regional əməkdaşlıq modelinə çevirir
Mənbə oxu.az

Oxşar Xəbərlər