Siyasət

Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO

08 Aug 2026, 00:01 2 baxış
Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO
Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşündən bir il ötür. Oxu.Az xatırladır ki, 2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalanıb.

Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi zəfər, eyni zamanda, müxtəlif vaxtlarda keçirilən uğurlu hərbi əməliyyatlar, suverenliyimizin bərpası sülh sazişinin imzalanmasını zəruri edir. Vətən müharibəsindən sonra Rusiya, Brüssel, Praqa platformasında sülh danışıqları aparılsa da, bu istiqamətdə konkret nəticə əldə olunmamışdı. 2025-ci ildə Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsi Cənubi Qafqaza diqqəti daha da artırdı, sülhün vacibliyi vurğulandı. Məhz hadisələrin məntiqi davamı kimi ABŞ lideri Donald Trampın dəvəti ilə Prezident İlham Əliyev Ağ Evdə yüksək səviyyədə qəbul edildi. Həmçinin hər iki ölkə liderinin iştirakı ilə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.
Liderlərin ikitərəfli görüşü də yaddaqalan oldu və Donald Tramp Prezident İlham Əliyevə Ağ Evin simvolik açarını təqdim etdi. Həmçinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Donald Tramp Sərəncam imzaladı.
Bundan sonra isə regionun taleyini dəyişəcək hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh sazişinin mətnini parafladılar. Sənəd Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında hazırlanaraq, rəsmi Bakının maraqlarına uyğun tərtib edilmişdi. Sənədə əsasən, tərəflər keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyırlar.
Daha sonra isə Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında üçtərəfli görüş baş tutdu. Üçtərəfli görüşdə də rəsmi Bakının daha bir tələbi qəbul edildi. Belə ki, Azərbaycan Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamədə İrəvan Zəngəzur dəhlizinin ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) açılmasına razılıq verdi və bunun üçün müəyyən öhdəlik götürdü. Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri ATƏT-in Minsk qrupunun fəaliyyətinin başa çatdırılması istiqamətində atılan addımlar oldu. Tərəflərin birgə müraciətindən sonra ATƏT bu strukturun bağlanması ilə bağlı qərar qəbul etdi və proses 2025-ci ilin sonuna qədər tamamlandı. Bununla da 1990-cı illərdən Qarabağ münaqişəsinin həlli üçün yaradılmış, lakin illərlə nəticə verməyən mexanizm fəaliyyətini dayandırdı.
Vaşinqton görüşündən sonra ABŞ Cənubi Qafqaz diplomatiyasında daha fəal oyunçuya çevrildi. Son bir ildə Birləşmiş Ştatlar həm Azərbaycan, həm də Ermənistanla iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslərlə çıxış etdi. Vaşinqton görüşü həm Azərbaycan-Ermənistan, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ açdı. Bu ilin fevralında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana rəsmi səfər etdi. İyunda isə ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun görüşü oldu. İşçi qrupda əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin dərinləşdirilməsi və innovativ layihələrin genişləndirilməsi məsələlərini müzakirə etdilər. Xəzər dənizi və Orta Dəhliz vasitəsilə Şərq-Qərb bağlantılarının, logistika imkanlarının inkişafı, nəqliyyat və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli tənzimləmə rejimləri, qabaqcıl texnoloji həllər, məlumat mərkəzləri və tənzimləyici çərçivələrə dair fikir mübadiləsi aparıldı. Ermənistanla münasibətlərə gəlincə, Azərbaycan birtərəfli qaydada rəsmi İrəvana qarşı bəzi məhdudiyyətləri ləğv etdi. Belə ki, Azərbaycan ilkin olaraq ölkəmiz üzərindən Ermənistana yük daşınmaları üçün icazə verdi. İlk yük qatarı 2025-ci ilin noyabr ayında yola düşdü. Neft məhsullarının ixracına isə ötən ilin dekabrında başlanıldı. Geridə qalan müddətdə Azərbaycandan Ermənistana 60 min ton yük, həmçinin 20 min ton neft məhsulları ötürülüb.
Bu ilin aprelində isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyini göstərir. Apreldə tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar. Bu istiqamətdə fəaliyyət göstərən komissiyaların 13-cü iclası da keçirilib. Bundan başqa, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri iki ölkə arasında etimadın qurulması məqsədilə "Sülh körpüsü" təşəbbüsü çərçivəsində mütəmadi olaraq görüşlər keçirirlər. Bu dialoq prosesi 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş üçtərəfli sammitdə təsdiqlənən ikitərəfli sülh gündəliyinə əsaslanır. Görüşlərdə hər iki tərəfdən qeyri-hökumət təşkilatları (QHT), media qurumları və beyin mərkəzlərinin təmsilçiləri iştirak edirlər.
Son görüş bu ilin aprelində Qəbələdə baş tutub. Dəyirmi masada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iştirakçılarla görüşərək rəsmi Bakının sülh gündəliyinə sadiqliyini ifadə edib. Ermənistan nümayəndə heyəti Azərbaycana delimitasiya olunmuş sahədən keçərək quru sərhədi vasitəsilə daxil olub. Beləliklə, bir il əvvəl Vaşinqtonda atılan imzalar regionda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ötən müddətdə əldə olunan nəticələr göstərir ki, sülh prosesi irəliləsə də, onun yekun uğuru yalnız sənədlərlə deyil, onların praktik icrası ilə ölçüləcək. İndi isə top Ermənistan tərəfdədir. Yekun sülh sazişinin imzalanması üçün yeganə maneə qalıb - Ermənistan konstitusiyası. Paşinyan hökuməti referenduma getməli, konstitusiyalarında olan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Bu halda sülhə imza atılacaq.
Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO Ağ Evin açarı, strateji tərəfdaşlıq və Zəngəzur dəhlizi: Tarixi Vaşinqton görüşündən bir il ötür - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər