Digər
Tramp bu türk ölkəsinin liderini ABŞ-a dəvət etdi
Özbəkistan Prezidenti Şövkət Mirziyayev amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığında ikitərəfli münasibətlər və ölkələr arasında əldə olunmuş razılaşmaların icrası məsələləri müzakirə edilib.
Telefon söhbətində Donald Tramp həmkarını ABŞ-a səfərə dəvət edib.
Mənbə
axar.az