Cəmiyyət

Beynəlxalq Kitabsevərlər Gününü sərnişinlərimizlə qeyd etdik - ADY

07 Aug 2026, 17:58 15 baxış
Beynəlxalq Kitabsevərlər Gününü sərnişinlərimizlə qeyd etdik - ADY

Parlaq İmzalar Nəşriyyatı ilə birgə Bakı Dəmiryol Vağzalında sərnişinlərə ədəbiyyatla bağlı maraqlı suallar ünvanladıq. Sualları düzgün cavablandıran iştirakçılara isə kitablar hədiyyə etdik.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) məlumatında bildirilib.


"Səfər öncəsi yaşanan bu xoş anlarla mütaliə sevincini bölüşdük, sərnişinlərimizin yoluna yeni hekayələr qatdıq. Bütün kitabsevərləri təbrik edir, hər səfərin yeni bir kitabla, hər kitabın isə unudulmaz bir səyahətlə başlamasını arzulayırıq!", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər