Siyasət
Mürəkkəb geosiyasətdə Azərbaycan MODELİ: Rəsmi Bakı Moskva və Kiyevlə paralel dialoq aparır
"Azərbaycanın Rusiya və Ukrayna ilə paralel şəkildə əlaqələrini inkişaf etdirməsi ölkənin müasir geosiyasi reallıqlar şəraitində həyata keçirdiyi çevik diplomatik kursun mühüm nümunəsidir". Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın ardınca Ukraynaya səfəri şərh edərkən deyib. O bildirib ki, Ceyhun Bayramovun bu səfərləri Azərbaycanın regional və beynəlxalq proseslərdə balanslı mövqe nümayiş etdirdiyini göstərən mühüm diplomatik addım kimi diqqət çəkir:
"Sözügedən yanaşma, əslində, rəsmi Bakının müxtəlif tərəflərlə münasibətlərini əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında qurmaq siyasətinə də uyğun gəlir. Azərbaycanın və Rusiya arasında ara-sıra müəyyən gərginliklərin ortaya çıxmasına baxmayaraq, qonşuluq və dostluq münasibətləri uzunmüddətli siyasi, iqtisadi və humanitar əlaqələrə əsaslanır. İki ölkə arasında ticarət, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq mövcuddur və Moskva ilə dialoqun davam etdirilməsi regional sabitlik baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan öz xarici siyasətində milli maraqları əsas götürərək digər dövlətlərlə, o cümlədən Ukrayna ilə də münasibətlərini inkişaf etdirir. Ukrayna ilə əlaqələr isə həm siyasi, həm də humanitar istiqamətlərdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ukraynanın ərazi bütövlüyü prinsipinə beynəlxalq hüquq çərçivəsində yanaşdığını dəfələrlə bəyan edib və iki ölkə arasında dostluq münasibətlərinin qorunmasına önəm verib. Enerji, kənd təsərrüfatı, nəqliyyat və humanitar əməkdaşlıq sahələrində mövcud əlaqələr göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri regional proseslərdən və Rusiyanın mövqeyindən asılı olmayaraq inkişaf etdirilir". Ekspertin sözlərinə görə, Azərbaycanın Rusiya-Ukrayna müharibəsi fonunda tutduğu mövqe də məhz bu balanslı diplomatik yanaşmanın nümunəsidir:
"Bakı bir tərəfdən müxtəlif beynəlxalq platformalarda sülh və dialoqun vacibliyini vurğulayır, digər tərəfdən isə tərəflərlə birbaşa təmas kanallarını qoruyur. Bu, ölkəmizə həm regional təhlükəsizlik məsələlərində öz mövqeyini ifadə etməyə, həm də mümkün diplomatik təşəbbüslər üçün etibarlı tərəfdaş kimi çıxış etməyə imkan verir. Azərbaycanın bu siyasəti eyni zamanda ölkəmizin geosiyasi mövqeyindən irəli gəlir. Cənubi Qafqazın mühüm nəqliyyat və enerji mərkəzlərindən biri olan Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərdə əməkdaşlıqdan faydalanmağa çalışır. Orta Dəhliz kimi beynəlxalq nəqliyyat layihələrinin inkişafı da Bakı üçün fərqli regionlarla əlaqələrin qorunmasını və genişləndirilməsini zəruri edir. Ümumilikdə, Azərbaycanın Rusiya və Ukrayna ilə paralel dialoq aparması bizim ölkə olaraq müstəqil və praqmatik xarici siyasət kursu həyata keçirməyimizin nəticəsidir. Bu mövqe göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə tərəf seçməkdən daha çox milli maraqlarını qoruyaraq müxtəlif tərəflərlə qarşılıqlı faydalı əlaqələr qurmağa üstünlük verir. Müasir mürəkkəb geosiyasi şəraitdə məhz belə diplomatik çeviklik olduqca vacibdir və bu yanaşma ölkəmizin regional rolunun artmasında da əsas amil olaraq çıxış edir".

Mənbə
oxu.az