Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Mənbə
oxu.az