Siyasət
Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, saziş 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanıb.
Mənbə
oxu.az