Cəmiyyət
Bakıda vəzifəli şəxs evində ölü tapıldı - Foto
Bakıda vəzifəli şəxsin meyiti tapılıb.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.
Saatlı rayon sakini 35 yaşlı Xubayar Etibar oğlu Rüstəmzadənin meyiti yaşadığı mənzildə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Qeyd edək ki, Xubayar Rüstəmzadə son olaraq ABB-nin Kreditlərin anderraytinqi və monitorinqi departamentinin Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həmçinin Azərbaycan Banklar Assosiasiyasının eksperti olub.
Mənbə
axar.az