Cəmiyyət

19 yaşlı gənc kanalda batdı

07 Aug 2026, 09:47 4 baxış
19 yaşlı gənc kanalda batdı

09:29


Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb.


Axar.az xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda çimərkən suda boğularaq ölüb.


Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.


Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.


***


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində Beyləqan rayonu, Birinci Şahsevən kəndində "Yeni Xan qızı" kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.


Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Hazırda batması ehtimal edilən 2007-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun axtarışları davam etdrilir.

Mənbə axar.az

Oxşar Xəbərlər