Siyasət

Zelenski Azərbaycana təşəkkür etdi - Bayramovla görüşdən önəmli detallar - FOTO - VİDEO

06 Aug 2026, 20:48 3 baxış
Zelenski Azərbaycana təşəkkür etdi - Bayramovla görüşdən önəmli detallar - FOTO - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Görüşdə müdafiə və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya ilk səfərini edir. O, səfərinə Azərbaycanın dəstək göstərdiyi məktəbi, xəstəxananı və reabilitasiya mərkəzini ziyarət etdiyi İrpendən başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərdiyinizə görə təşəkkür edirəm. Ukrayna xalqı ilə nümayiş etdirdiyiniz həmrəyliyi yüksək qiymətləndiririk", - deyə Zelenski bildirib. Ukrayna prezidenti Ceyhun Bayramovu Rusiyanın ölkəyə davam edən hücumları, Qara dənizdəki vəziyyət və Moskvanın taxıl dəhlizlərini bloklaması ilə bağlı da məlumatlandırıb. Görüş zamanı tərəflər yüksəksəviyyəli diplomatik təmasları, müdafiə sahəsində əməkdaşlığı, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahələrində iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. "Ukraynaya göstərdiyi dəstəyə, enerji və humanitar yardıma, eləcə də konstruktiv dialoqa görə Azərbaycana minnətdaram", - deyə Zelenski qeyd edib.
{{gallery}}
Zelenski Azərbaycana təşəkkür etdi - Bayramovla görüşdən önəmli detallar - FOTO - VİDEO Zelenski Azərbaycana təşəkkür etdi - Bayramovla görüşdən önəmli detallar - FOTO - VİDEO Zelenski Azərbaycana təşəkkür etdi - Bayramovla görüşdən önəmli detallar - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər