İqtisadiyyat
Bir ayda qızıl nə qədər bahalaşıb? - SON QİYMƏT
"Comex" birjasında dekabr ayı üçün qızıl füçerslərinin qiyməti 6 iyul 2026-cı ildən bəri ilk dəfə olaraq troy unsiyası üçün 4 200 dolları keçib. Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının açıqladığı məlumatlarda əks olunub. Bakı vaxtı ilə saat 09:24-ə olan məlumata görə, qızılın qiyməti 1.15% artaraq troy unsiyası üçün 4 200.4 dollara çatıb. Saat 9:31-ə qədər füçerslərin qiyməti troy unsiyası üçün 4 201.9 dollara (+1.19%) yüksəlib.
Mənbə
oxu.az