Digər

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Aug 2026, 01:22 4 baxış
Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

Hindistan Rusiyanın Su-57E hərbi təyyarələrini satmaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, almaqdan imtina edib.


Axar.az xəbər verir ki, bu qərarı Hindistan Müdafiə Nazirliyinin katibi Raceş Kumar Sinq təsdiqləyib.


“Xeyr, biz sözügedən təyyarələrin alınmasını nəzərdən keçirmirik”, – deyə Sinq yeni qırıcıların alınması ilə bağlı suala cavab verərkən bildirib.


O əlavə edib ki, Hindistan hazırda Rusiya lisenziyası ilə ölkədə istehsal olunan mövcud Su qırıcılarının modernləşdirilməsi üzərində fəal işləyir.


Qeyd olunub ki, son dövrlərdə Rusiya Su-57E qırıcılarını Hindistan bazarına çıxarmaq üçün intensiv səylər göstərib. Moskva təkcə təyyarələrin satışını deyil, həm də texnologiyaların ötürülməsi şərti ilə onların Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) şirkətinin müəssisələrində istehsalının lokallaşdırılmasını təklif edib.

Mənbə axar.az

Oxşar Xəbərlər