Digər

Ermənistanın bölgələri zülmətə qərq oldu

05 Aug 2026, 00:01 3 baxış
Ermənistanın bölgələri zülmətə qərq oldu

Ermənistanın enerji sisteminin istehsal və ötürmə şəbəkələrində baş vermiş qəza vəziyyəti nəticəsində ölkənin beş vilayətində yerləşən bir sıra şəhər və onlara bitişik kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Ermənistan Elektrik Şəbəkələri” şirkəti məlumat yayıb


Şirkətin mətbuat xidməti bildirib ki, dispetçer məhdudiyyətləri Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərində tətbiq olunub.


Hazırda respublikanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru elektrik enerjisinin verilişini ən qısa müddətdə bərpa etmək məqsədilə qəza-bərpa işləri aparırlar.

Mənbə axar.az

Oxşar Xəbərlər