Digər

İran Hörmüzlə bağlı şərtlər irəli sürdü

04 Aug 2026, 23:21 1 baxış
İran Hörmüzlə bağlı şərtlər irəli sürdü

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün bir sıra şərtlər irəli sürüb.


Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.


Nəşrin məlumatına görə, bunlara potensial olaraq Omanla paylaşıla bilən gəmilərdən rüsumları toplamaq hüququ, eləcə də yeni hücumlara qarşı zəmanətlər, ABŞ-ın dəniz blokadasına son qoyulması və neft sanksiyalarının ləğvi daxildir.


Yüksək vəzifəli regional rəsmilər qeyd edirlər ki, ABŞ və regional ölkələr rüsumların toplanması tələbini rədd ediblər.


Nəşr vurğulayır ki, ziddiyyətli məqamlar Hörmüz boğazı üzərində nəzarətin İslam Respublikası ilə münaqişədə mərkəzi rol oynamağa davam etdiyini göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər