Digər
Hindistan gəmisi Qırmızı dənizdə batdı
Hindistana məxsus "Faize Noore Oliya" yük gəmisi Qırmızı dənizdə batıb.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, gəmi Ənsarullahın nəzarətində olan Hudeydə şəhərindən təxminən 13 dəniz mili cənubda suüstü pilotsuz vasitənin (BEC) hücumu nəticəsində batıb.
Ekipajın 14 üzvünün hamısı – onlardan 13-ü Hindistan, 1-i isə Yəmən vətəndaşı olmaqla – xilas edilib və təhlükəsiz yerə çatdırılıb.
Mənbə
axar.az