Siyasət

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

04 Aug 2026, 12:58 23 baxış
Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər