İqtisadiyyat

İşlədiyiniz şirkətin səhmdarı ola bilərsiniz - Qanun nə deyir? - VİDEO

04 Aug 2026, 05:00 2 baxış
İşlədiyiniz şirkətin səhmdarı ola bilərsiniz - Qanun nə deyir? - VİDEO
İşçilərin səhm almaları, çalışdıqları şirkətdə pay sahibi olmaları hədəfə əsaslanan şərtlər və güzəştli satış mexanizmləridir. Oxu.Az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu işçinin çalışdığı şirkətdən pay alması ilə bağlıdır.

Azərbaycanda işçilərin işlədikləri şirkətin payına və ya səhminə sahib olmalarını nəzərdə tutan yeni hüquqi mexanizm yaradılır. Qanunvericiliyə "işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı daxil edilib. İşəgötürən və ya şirkətin təsisçisi işçi ilə ayrıca müqavilə bağlayaraq ona müəssisənin payını və ya səhmini ödənişsiz, güzəştli şərtlərlə və ya gələcəkdə əvvəlcədən müəyyən edilmiş qiymətə almaq hüququ verə biləcək. Lakin bu hüquq avtomatik yaranmır. Bunun üçün tərəflər arasında ayrıca müqavilə bağlanmalı və həmin müqavilədə müəyyən edilən şərtlər yerinə yetirilməlidir. Belə ki, müqavilədə işçinin müəyyən müddət şirkətdə işləməsi və ya şirkətin, yaxud işçinin qarşıya qoyulan fəaliyyət hədəflərinə nail olması kimi şərtlər nəzərdə tutula bilər. İşçinin pay (səhm) iştirakı planı çərçivəsində əldə etdiyi pay və ya səhm əməkhaqqısına daxil edilmir və əməkhaqqının əvəzi kimi verilə bilməz. Yeni mexanizm, xüsusilə, startaplar, innovativ və texnologiya şirkətləri üçün mühüm yenilik hesab olunur. Bu şirkətlər işçiləri uzunmüddətli əməkdaşlığa həvəsləndirmək məqsədilə onları müəssisənin səhmdarına çevirmək imkanı əldə edəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər