Siyasət
Ermənistanda yeni hökumət: Bu il sülh müqaviləsi imzalanacaq?
"Region üçün əsas inkişaf meyarı Azərbaycan-Ermənistan dövlətlərarası sülh müqaviləsinin imzalanmasıdır". Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Elgün Səfərov deyib. O bildirib ki, bu müqavilənin imzalanması Azərbaycan-Gürcüstan-Ermənistan arasında üçtərəfli münasibətlərin gücləndirilməsinə, yeni iqtisadi inkişaf amillərinə gətirib çıxarar:
"Mümkün sülh sazişi regionun, eyni zamanda, regional təhlükəsizliyin gücləndirilməsinə təsir edə bilər. Bununla bağlı prinsiplər və inkişaf meyarları var. Ermənistan müxtəlif bəyanatlarla, çıxışlarla sülhə razılıq versə də, praktik müstəvidə buna rast gəlmirik. Həmçinin revanşist qüvvələr bu gün də var. Bunu seçkinin nəticəsində gördük. Seçkinin nəticəsi birmənalı deyil. Paşinyanın siyasi partiyası da tam şəkildə gücə malik deyil ki, referenduma gedə bilsinlər. Referendumun keçirilməsi, sülh müqaviləsinin bağlanması qısa zamanda olmayacaq. Amma bu istiqamətdə işlər aparılacaq, addımlar atılacaq. Ümid edirik ki, gələn il müqavilə imzalanacaq. Azərbaycan buna geosiyasi çərçivədə böyük məqsədlə baxır. Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması, ticarət əlaqələrinin gücləndirilməsi, bu yolla Çindən gələn məhsulların Avropaya çatdırılması strateji məsələlərdən biridir. Ölkəmiz Şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə verən dövlətlərdən biridir. Bundan savayı, iqtisadi inkişaf, iqtisadi təhlükəsizliyin təmin edilməsinə strateji yanaşmalar var. Ölkəmiz buna Cənubi Qafqaz prinsipi kimi baxır. Sərhədlərimizdə gərginlik, Rusiya-Ukrayna müharibəsi regionun inkişafına təsir edir. Azərbaycan hər iki halda sülhün əldə edilməsinin tərəfdarıdır". Qeyd edək ki, Ermənistanda yeni seçilmiş parlament fəaliyyətə başlayıb. Ermənistan baş naziri Nikol Paşinyan yenidən sözügedən vəzifəyə seçilib. Son parlament seçkisinin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.7 faizindən çoxunu qazanıb.

Mənbə
oxu.az