İran xahiş etdi, hücumu ləğv etdim - Tramp
ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi hazırlıq, güc və qüdrətlə İrana qarşı hərəkətə keçməyə tam hazır vəziyyətdədir.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.
“Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri bizdən xahiş ediblər ki, hücumu hələlik təxirə salaq. Çünki razılaşmanın əsas çərçivələri üzrə anlaşma əldə olunub.
Bu razılaşmaya Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılması, eləcə də İranın nüvə təhdidinə son qoyulması daxildir.
Bu müraciəti nəzərə alaraq, dünyanın gələcək rifahı, eyni zamanda uğurlu və firavan İranın mövcudluğu naminə, tez bir zamanda razılaşma əldə olunması şərti ilə hücumun ləğv edilməsinə razılıq verdim.
İsrail dövləti də bu öhdəliyə mənimlə birlikdə qoşulur. Hamı işə başlasın və bu işi başa çatdırsın”, - o bildirib.