Digər

Avropada dəhşətli istilər: Bu AES dayandırıldı

02 Aug 2026, 11:52 24 baxış
Avropada dəhşətli istilər: Bu AES dayandırıldı

Macarıstanın Baş naziri Peter Macyar avqustun 2-də Pakş Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırdığını elan edib.


Axar.az xəbər verir ki, o, bu barədə özünün Feysbuk səhifəsində yazıb.


Baş nazirin sözlərinə görə, bu, Dunay çayında suyun səviyyəsinin isti hava şəraiti ilə əlaqədar aşağı düşməsi ilə bağlıdır.


Qeyd edək ki, Mərkəzi Avropada baş verən anormal istilər və quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi tarixi minimum səviyyəyə düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər