Digər
Rusiya Şimali Koreyadan elə raketlər alıb ki...
Rusiya Şimali Koreya istehsalı olan KN-23 raketlərinin yeni partiyasını əldə edib.
Axar.az xəbər verir ki, bunu Ukrayna Aviasiya Assosiasiyası Pilotlarının prezidenti Gennadi Xazan bildirib.
Onun sözlərinə görə, bu raketlərin bir hissəsi Voronej vilayətindəki hərbi anbarlarda yerləşdirilib:
"KN-23 raketlərinin 500 kiloqramdan 1000 kiloqrama qədər müxtəlif çəkidə döyüş başlıqları ilə təchiz olunduğu dəqiq məlumdur. Bundan əlavə, 4,5 tona qədər çəkisi olan döyüş başlığı ilə təchiz edilmiş yeni modifikasiya da ortaya çıxıb. Lakin bu, daha çox nadir rast gəlinən variantdır”.
Mənbə
axar.az