İqtisadiyyat

Manatın məzənnəsi ilə bağlı daha bir xəbər

01 Aug 2026, 18:23 23 baxış
Manatın məzənnəsi ilə bağlı daha bir xəbər

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.


Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 0,9 bənd çoxdur.


Hesabat dövrüdə real effektiv məzənnə 115,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd çox, ilin əvvəlinə nisbətən 0,6 bənd az, ötən il iyulun 1-i ilə müqayisədə isə eyni olub.

Mənbə axar.az

Oxşar Xəbərlər