Cəmiyyət

Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı

01 Aug 2026, 13:02 21 baxış
Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər