Bakı və Ankara bu məsələdə razılığa gəldi
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki hesabında yazıb.
"İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar ilə enerji əməkdaşlığımızın yeni mərhələsini müzakirə etdik. "Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru" və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihələrinin icrasının sürətləndirilməsi istiqamətində razılığa gəldik. Həmçinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə mümkün əməkdaşlıq imkanlarını dəyərləndirdik. Bu regional enerji bağlantısı layihələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən növbəti birgə töhfələrimiz olacaq", - nazir qeyd edib.