Siyasət

Netanyahu ilə görüşə şortla gələn şəxs kimdir? - VİDEO

31 Jul 2026, 18:24 24 baxış
Netanyahu ilə görüşə şortla gələn şəxs kimdir? - VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə son səfəri beynəlxalq gündəmin əsas mövzularından biridir. Səfər çərçivəsində keçirilən görüşlərdən biri isə siyasi məzmunundan çox iştirakçılardan birinin qeyri-adi geyim tərzinə görə geniş müzakirələrə səbəb olub. Mövzu Baku TV-nin "Aktual Gündəm" verilişində də təhlil edilib. Verilişdə bildirilib ki, sosial şəbəkələrdə diqqət edilən məqamlardan biri ABŞ senatoru Con Fettermanın Netanyahunu şortda və kapüşonlu sviterlə qarşılaması, görüş zamanı əlində telefon saxlaması və qeyri-rəsmi davranış nümayiş etdirməsi olub. Təhlildə vurğulanıb ki, diplomatik protokol baxımından senatorun geyimi və davranışı müxtəlif reaksiyalara səbəb olub.

Bəzi ekspertlər bunu yüksəksəviyyəli dövlət görüşü üçün etik qaydalara uyğun hesab etməyərək hörmətsizlik nümunəsi kimi qiymətləndiriblər. Digərləri isə bunun Con Fettermanın uzun illərdir davam etdirdiyi qeyri-formal siyasi üslubun tərkib hissəsi olduğunu və səmimilik mesajı verdiyini bildiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər