İqtisadiyyat

Azərbaycanın valyuta ehtiyatları xarici borcundan nə qədər çoxdur? - Rəsmi rəqəmlər

30 Jul 2026, 11:36 22 baxış
Azərbaycanın valyuta ehtiyatları xarici borcundan nə qədər çoxdur? - Rəsmi rəqəmlər
Bu ilin iyulun 1-nə olan vəziyyətə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616.8 milyon ABŞ dolları təşkil edib. Oxu.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"ində əksini tapır. Məlumata görə, xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 196.7 milyon ABŞ dolları və ya 4.1% azalıb. Hazırda xarici dövlət borcu ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 6 faizinə bərabərdir. Hesabat dövründə dövlət büdcəsi hesabına xarici borclar üzrə 290.7 milyon ABŞ dolları əsas borc, 102.7 milyon ABŞ dolları isə faiz ödənişi həyata keçirilib. Bülletendə qeyd olunub ki, iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85.8 milyard ABŞ dolları olmaqla xarici dövlət borcunu təxminən 18.6 dəfə üstələyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər